Məmarlıq
Memarlıq sahəsində layihələndirmənin əsas məqsədi optimal memarlıq həllərinin tapılması, müxtəlif müasir üsulların istifadəsi, yaşayış, iş və istirahət üçün rahat və estetik şəraitin yaradılmasından ibarətdir. Bütün bunlardan başqa, layihələndirmə zamanı binanın müştərilər üçün cəlbedici, işgüzar imicinə malik və erqonomik olması da mütləq şərtlərdən biridir. Memarlıq sahəsində Şirkətimiz aşağıdakı obyektlərin layihələndirilməsini həyata keçirir:
Fərdi yaşayış evləri, Biznes mərkəzləri, İnzibati binalar, Ticarət mərkəzləri, Mehmanxanalar, Məktəblər, Uşaq bağcaları, İdman kompleksləri, Anbar və İstehsalat yerləri və s.
Layihələndirmə zamanı müştəri yalnız ən uyğun olanı seçmək üçün fasadın və daxili planlaşdırma həlləri üzrə bir necə variant hazırlanıb təqdim olunur. Hər bir Layihə ərazi məlumatları, binanın funksional məqsədi və digər məlumatlar əsasında hazırlanır. Layihə çərçivəsində Müstəriyə Eskiz layihə, Layihə və İşçi Cizgilər Layihəsi təqdim edilir. Əlavə olaraq, bütün işlərin dəyərinin hesablanması və Layihə Smeta sənədlərinin təqdim olunması sifariş edilə bilər.
İnteryer Dizayn
İnteryer Dizayn Layihəsinin əsas məqsədi daxili bağlı məkanda insanlar və bədii tərtibat vasitəsilə yaradılan şərait arasında rahatlığın və estetik cəhətdən qarşılıqlı ünsiyyətin təmin edilməsindən ibarətdir. Bundan başqa, Dizaynerin əsas vəzifələrindən biri Müştərilərin tələbinə uyğun olaraq daxili məkanda gediş-gəlişin rahat olmasını təmin etməklə yanaşı, otaqların düzgün planlaşdırılması, mebellərin yerləşdirilməsi, divarların, döşəmə və tavanın tərtibatı, işıqlandırma, havalandırma və digər mühəndislik sistemlərin layihələndirilməsindən ibarətdir. İnteryer Dizayn sahəsində Şirkətimiz aşağıdakı obyektlərin layihələndirilməsini həyata keçirir:
Fərdi mənzillər, Restoran, Kafe, Bar, Klublar, Marketlər və s.
Bu istiqamətdə, Şirkətimiz tərədindən
Klassik, Neoklassik, Modern və digər üslublarda Daxili Dizayn Layihələri hazırlanır.
Müstəriyə Eskiz layihə, Layihə və İşçi Cizgilər Layihəsi təqdim edilir. Əlavə olaraq, bütün işlərin dəyərinin hesablanması və Layihə Smeta sənədlərinin təqdim olunması ilə yanaşı təmir- tikinti işləri üzərində tam Müəllif Nəzarəti sifariş edilə bilər.
Mühəndislik
Mühəndis sistemləri hər hansı bir obyektin infrastrukturunun əsasını təşkil etməklə həmin obyektin istifadəçilərinin rahatlığını təmin etmək üçün nəzərdə tutulur. Mühəndis sistemlərinin Layihələndirilməsinin əsas məqsədi Müştərilərin istək və arzularını nəzərə alaraq, texniki normativ və tələblərə uyğun layihələndirmə prosesində gələcəkdə binanın istismarı zamanı bütün xərclərin azaldılması və optimallaşdırılmasından ibarətdir. Memarlıq və Dizayn bölmələrində qeyd edilən bütün obyektlər üçün Şirkətimiz tərəfdən aşağıdakı Mühəndis sistemələrinin layihələndirilməsi və tikinti- quraşdırılması həyata keçirilir:
İsitmə sistemləri (qazanxana tipli və s.); Kondisionerləşdirmə (VRV sistem, Split sistem, Çiller-fankoyl); Ventilyasiya sistemləri (vurma, sovurma, vurma-sovurma, rekuperatorlu); SK və Yanğınsöndürmə (sprinkler sistemi, qidrantlı və ya yanğın dolabları vasitəsilə); Elektrik və İşıqlandırma; Zəif axın və Avtomatika sistemləri.